055 213 76 73
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qax şəhər sakini, 38 yaşlı Kamil İsmayılov saxlanılıb.
Onun yaşadığı evə baxış keçirilən zaman xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 33 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.
Faktla bağlı K.
İsmayılov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
BAKU.WS