Rusiyanın paytaxtı Moskva şəhərinin "Novıe Çeryomuşki" metrostansiyası yaxınlığında atışma olub.

BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, silahlı insident nəticəsində iki nəfər ölüb.

Onlardan birinin cibindən "The Moscow Times" nəşrinin Azərbaycan əsilli jurnalisti Vaqif Hümbətova məxsus şəxsiyyət vəsiqəsi çıxıb. Amma sözügedən nəşr əməkdaşlarının hamısının sağ-salamat olduğunu bəyan edib. Ona görə də vəsiqənin saxta olduğu ehtimal edilir.

İlkin məlumatlara görə, atəş açan Rəsul Abdullayev adlı şəxsdir. Fərziyyəyə görə, o, həmyerlisinə atəş açıb, daha sonra isə özünü öldürüb.

Ehtimal edilir ki, hadisə qisas zəminində olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ