SİZİN REKLAM BURADA!
055 213 76 73




Xətai rayon prokurorluğunda mənzildə meyiti tapılan iki qardaşın ölümü ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS
  ONA-ya istinadən xəbər veri ki, Xətai Rayon Polis idarəsinə Babək prospektində yaşayan 1975-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Məhəmmədoviç və onun qardaşı 1979-cu il təvəllüdlü Məhərrəmov Yuriy Məhəmmədoviçin özlərinə yüksək dozalı narkotik maddə vuraraq ölmələri barədə məlumat daxil olub.

Həmin məlumata əsasən, Xətai rayon prokurorluğu tərəfindən hal şahidlərinin və Xətai Rayon Polis idarəsinin əməkdaşlarının iştirakıyla hadisə yerinə baxış keçirilib, fotoşəkillər çəkilib, maddi sübut qismində müfaviq nümunələr götürülüb.

İlkin araşdırma zamanı Məhərrəmov Aleksandr Məhərrəmoviçin və onun qardaşı Məhərrəmov Yuriy Məhəmmədoviçin narkotik maddələrin aludəçiləri olmaları müəyyən edilib. Onların meyitləri daxili və xarici müayinə olunması üçün Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.

Toplanmış materiallarda özünü öldürmə həddinə çatdırma cinayətinin tərkib əlamətləri olduğundan Xətai rayon prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, aprelin 11-i saat 20:20-də Babək prospekti 90 ünvanından təcili yardıma çağırış daxil olub. Daxil olan çağırış əsasında təcili tibbi yardım briqadası həmin ünvana gedib və orada iki qardaşın - 40 yaşlı Yuri və 44 yaşlı Aleksandr Məhərrəmovların öldüyünü müəyyən ediblər.

BAKU.WS