SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış müğənniləri Bakıya gətirmək adı ilə iş adamlarına qarşı dələduzluqda ittiham edilərək həbs edilən şəxs hakim qarşısına çıxarılıb.

BAKU.WS
 musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən Tural Əlizadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

O, “Vəlizadə prodakşın”ın rəhbəri kimi dörd nəfərə qarşı dələduzluq ittiham edilir.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən T.Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

T.Vəlizadə özünü təqsirli bilməyərək iş adamlarından pulu borc aldığını söyləyirdi.

Qeyd edək ki, Tural Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri Sıla və Ebru Gündeşi Bakıya gətirərək konsert təşkil edəcəyi vədini verib. Bu vədlə T.Vəlizadə həmin şəxslərdən ümumilikdə 200 min dollar pul alıb.

T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

BAKU.WS