VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Alar kənd sakinləri - 1965-ci il təvəllüdlü Üzeyir Qaraxan oğlu Qarayev və onun oğlu, 1998-ci il təvəllüdlü Murad Üzeyir oğlu Qarayev öz həmkəndliləri tərəfindən bıçaqlanıblar.

Hadisəyə kənd ərazisində futbol oynayan zaman tərəflər arasında yaranan mübahisə səbəb olub. Belə ki, Murad Qarayevlə mübahisə edən 3 nəfər onu döyməyə başlayıblar. Elə bu zaman yaxınlıqdan keçən Üzeyir Qarayev oğlunun 3 nəfər tərəfindən döyüldüyünü görüb. Həmin şəxslər üzərində gəzdirdikləri bıçaqla ata və oğulun qarın nahiyəsinə bir neçə zərbə endiriblər.

Onlar daha sonra ərazidən uzaqlaşıblar. Yaralıların köməyinə isə kənd sakinləri gəlib və onlar ağır xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda reanimasiyada olan yaralıların əməliyyat olunduğu bildirilir.

Faktla bağlı Cəlilabad rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS