SİZİN REKLAM BURADA!
055 213 76 73



Binəqədi rayonunda 12 evdən oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, əməliyyat Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.


Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.

Araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində yerləşən 12 evdən əsasən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları məlum olub. Qeyd edək ki, evlərə oğurluğa əsasən M.Məmmədov daxil olub.


Daha sonra o, oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Həmin şəxsləri ətraflarında keçirilən əlavə tədbirlərlə onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub.

Faktla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi RPİ-nə göndərilib, araşdırmalar davam etdirilir.

BAKU.WS