VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ağstafa rayonunda yaşlı qadına təcavüz etməkdə təqsirli bilinən Qazax rayon sakini, 1983-cü il təvəllüdlü Rəşad Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İçki məclisi

BAKU.WS Publika.az xəbər verir ki, Rəşad Məmmədov Qazax rayonunda anadan olsa da, Ağstafa rayonunun Qaçaq Kərəm kəndində yaşayıb. O, 16 aprel 2017-ci il tarixdə içki məclisində olub.

Daha sonra Rəşad həmin gün gecə saat 23 radələrində sərxoş vəziyyətdə Ağstafa rayonunun Xətai kəndinə gəlib. Həmin kənddə yaşayan tanışı, 1941-ci il təvəllüdlü Ramella Nəsrullayevanın evində tək olmasını bilib.

Evin elektrikini kəsdi

Rəşad Ramellanın evdə tək olmasından istifadə edib və onunla cinsi əlaqədə olmaq istəyib. O, Ramella ilə cinsi əlaqədə olmaq məqsədilə əvvəlcə evin çöl qapısının yanında yerləşən sayğacdan evə gedən elektrik cərəyanını kəsib.

Ərinin olduğunu zənn etdi

Daha sonra o, əvvəllər evində olduğu Ramellanın yaşadığı mənzilinə daxil olub və qadının yataq otağına keçib. Rəşad Ramellanın yatdığı çarpayıya yaxınlaşıb.

Həmin vaxt Ramella otağa keçən şəxsin əri Samir olduğunu zənn edib.

Yataqda dava

Bu zaman Rəşad Ramellanın köməksiz vəziyyətindən istifadə etməklə yorğanla üzünü örtüb. Qadının üz və bədən nahiyəsinə bir neçə zərbələr endirib. Sonra isə yorğanı kənara çəkib, eyni hərəkətləri davam etdirib.

Bu vaxt Rəşad Ramellanın qışqırması səbəbindən əlini onun ağzına tutub. Sonra isə qadının qolundan tutaraq, sürüyüb otağın qapısının önünə döşəmənin üzərinə salıb. Orada qadını döyməkdə davam edib.

Qadının yalvarışlarına baxmadı


Həmin vaxt Rəşad qadının əynində olan köynəyini qaldırıb və sol döşünü dişləyib. Sonra bir əli ilə Ramellanı vurub, bir əlini isə onun bədəninə sürtüb.

Vəziyyətin belə yarandığını görən Ramella təcavüzə məruz qalmaması üçün özündən yaşca çox kiçik olan Rəşada yalvarmağa başlayıb. Ancaq Rəşad yaşlı qadının yalvarışlarına məhəl qoymayıb.

Qadını döşəmədə soyundurdu və zorladı

O, qadının müqavimətini qıraraq öz niyyətini həyata keçirməyə başlayıb. Rəşad əvvəlcə öz şalvarını soyunub, sonra isə Ramellanın əynində olan paltarları soyundurub. Rəşad həmin vaxt qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə, zorla onunla cinsi əlaqədə olub.

İki maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Rəşad Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.

5 il cəza

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Məmmədov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzasının əvvəlini 17 aprel 2017-ci ildən hesablanması qərara alınıb.

Bu hökmdən narazı qalan Rəşad Məmmədov apelyasiya şikayəti verib. Rəşad Məmmədov qeyd edib ki, qadın və əri ilə əvvəllər mübahisəsi olub. Hadisə baş verən günü də qadın tərəfindən təhqir olunub.

Zorlama, yoxsa dava...

Rəşad Məmmədovun qeydlərinə görə, qadının təhqirlərinə dözməyərək, onu döymək üçün evlərinə gedib və qadını döyüb. O, qadına təcavüz etmədiyini, bu səbəbdən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Rəşad Məmmədovun şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Rəşad Məmmədov kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Bu şikayət araşdırılması üçün hakim Tahir Kazımovun icraatına verilib.

Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Rəşad Məmmədovun kasasiya şikayəti təmin edilməyib.

BAKU.WS