SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın Telavi rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində 19 yaşlı gənc odlu silahla qətlə yetirilib.

BAKU.WS “Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə kənd məscidinin yaxınlığında baş verib.

Gəncə bir neçə dəfə atəş açılıb və o, hadisə yerində ölüb.

Kənd sakinlərinin bildirdiyinə görə, gəncin qətlinə səbəb qisas olub.

Gürcüstanın Daxili İşlər Nazirliyində qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb, istintaq aparılır. 

BAKU.WS