Ötən gün Bakının Nəsimi rayonunda 25 yaşlı qadın hücuma məruz qalıb.

BAKU.WS xəbər verir ki, dünən 1994-cü il təvəllüdlü Lamiyə Zeynalova bu barədə polisə şikayət edib. Qadın Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə müraciət edərək bildirib ki, saat 20 radələrində evlərinin qarşısında olarkən tanımadığı bir kişi ona hücum edib.

Kişi qadının əlindəki içərisində bank kartı, şəxsiyyət vəsiqəsi və 107 manat pul olan çantanı zorla alaraq qaçıb.

Faktla bağlı bölmə əməkdaşları araşdırmaya başlayıblar.

Ziya SƏCCAD
BAKU.WS