VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Lənkəranda qətl hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə ötən gün qeydə alınıb. Dünən 1997-ci il təvəllüdlü Şaman Balayev qətlə yetirilib.

Araşdırmalar zamanı onun 1995-ci il təvəllüdlü Heydər Əlili tərəfindən öldürüldüyü məlum olub.

Belə ki, onlar dünən səhər saatlarında Lənkəran rayonu ərazisindəki "Xan Lənkəran" restoranının yaxınlığında görüşüblər. Görüş zamanı onlar şəxsi münasibətlər zəminində mübahisə ediblər. Mübahisə zamanı H.Əlili bıçağa əl atıb. O, mübahisə etdiyi Ş.Balayevə çoxlu bıçaq zərbəsi vurub.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Ziya SƏCCAD
BAKU.WS