SİZİN REKLAM BURADA!
055 213 76 73



Ukraynada "qanuni oğru" Nadir Səlifovun ad günü şərəfinə təşkil edilmiş məclisə polis basqını olub.

BAKU.WS
 xəbər verir ki, bu barədə Donetsk vilayəti polis rəis müavini Artyom Kisko öz "Facebook" səhifəsində məlumat və görüntülər paylaşıb.

Onun sözlərinə görə, əməliyyat zamanı saxlanılan digər kriminal avtoritetlərlə bərabər Ukraynada ağır cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Gürcüstan vətəndaşı da olub. Onun Mariupol şəhərinə başqa soyadla gəldiyi üzə çıxıb.

Gürcüstan vətəndaşı Mariupola qanuni oğru Nadir Səlifovun (Quli) adından burada “nizam-intizam” yaratmaq üçün göndərilib.

Polis həmçinin onun Poltava vilayətində soyğunçuluq törətdiyinə görə həbs edildiyini vurğulayıb.

Polisin yaydığı məlumatda bildirilir ki, saxlanılanların üzərində narkotik maddə aşkarlanıb.

BAKU.WS