SİZİN REKLAM BURADA!
055 213 76 73




Goranboyda qardaş qardaşı bıçaqla vuraraq öldürüb.

BAKU.WS
 report-a istinadən xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü X.Məmmədov oyun oynayan zaman mətbəx bıçağı ilə qardaşı, 2002-ci təvəllüdlü İ.Məmmədovun ürək nahiyəsinə zərbə vurub.

17 yaşlı yeniyetmə gənc dərhal ölüb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS