SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycan polisinin keçirdiyi əməliyyat nəticəsində ölkədə müxtəlif cinayətlərə görə axtarışda olan şəxslər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarınhın keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğuruq) maddəsi ilə axtarışda olan Məhəmməd Muradov və Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Zaur Əliyev saxlanılıblar.

Digər əməliyyat Hacıqabul rayonunda keçirilib. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Abbas Hətəmov saxlanılıb.

Eyni zamanda, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rəfail Əliyev isə Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Digər əməliyyat Sabunçu rayonunda baş verib. Belə ki, Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərdən birini yandırmaqda şübhəli bilinən qrupun üzvü, Bakı şəhər sakini Kamran Vəliyev də saxlanılıb.

Ziya SƏCCAD
BAKU.WS