SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məsud Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə M.Əhmədovun əməlində cinayət tərkibinin olmadığı qənaətinə gəlib və buna görə ona bəraət verilib.

M.Əhmədov məhkəmənin iclas zalından azadlığa buraxılıb.

İttihama görə, podratçı şirkətin rəhbəri olan M.Əhmədov üç nəfərə qarşı ümumilikdə bir milyon 319 min 232 ABŞ dolları məbləğində dələduzluq edib.

Belə ki, o, zərərçəkmiş Faiq Cəfərovun 255 min 600 dollar, Cəfər Cəfərzadənin 43 min manat və “Yeni Yasamal” Mənzil-Tikinti Kooperativinin həbsdə olan sədri Cahangir Alışovun isə 1 milyon 35 min 597 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə istintaqı dövründə M.Əhmədov özünü təqsirli bilmədiyini qeyd edib. Onun vəkili Faiq Nağıyev müdafiə çıxışında müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi.

BAKU.WS