VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, əməliyyat Göyçay rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.


Daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qızılağac kəndi ərazisindəki mağazaların birinin həyətində olan transformatorun alüminiumdan olan sarğısını sökərək oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.


Araşdırmalarla Çayarxı kənd sakini olan Fərid Hacıyevin digər əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb.


Onun həmkəndlisi Rəşad Əliyevlə birgə şəhərdəki inzibati binaların birindən 95 ədəd isitilik radiatorunu, 258 metr metal su borusunu və məişət əşyalarını oğurlamağa cəhd göstərdikləri müəyyən edilib.


Görülmüş tədbirlərlə R.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.


Araşdırma aparılır.


BAKU.WS