SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda həyat yoldaşının öldürülməsində iştirak etdiyinə görə saxlanan qadın istintaqa ifadə verib.

BAKU.WS
Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nərimanov rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib.


Qeyd edək ki, ötən şənbə günü 1982-ci il təvəllüdlü R.M. (adı etik səbəblərdən tam verilmir) kürəyinə vurulan bıçaq zərbəsi səbəbindən ölüb. Kişi xəstəxanada keçinib. Faktla bağlı onun həyat yoldaşı V.O. saxlanılıb.


İlkin istintaq zamanı üç uşaq anası olan qadın bildirib ki, əri onu işləməyə və fahişəliklə məşğul olmağa məcbur etməyə cəhd göstərib. Bu alçaldıcı tələb onu bıçağa əl atmağa vadar edib.


Hüquq-mühafizə orqanlarının əməkdaşları hələlik qadının dediklərini təsdiq etməyin tez olduğunu bildiriblər. Çünki ölmüş adam qadının dediklərini təsdiq və ya təkzib etmək qüdrətində deyil.


Qətl faktı ilə bağlı cinayət işi açılıb, istintaq davam edir.


BAKU.WS