SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyada 35 yaşlı azərbaycanlı güllələnib.

BAKU.WS 
Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə 31 oktyabr tarixində Lipetsk şəhərində baş verib.


O, kustar üsulla hazırlanan silahdan alnına atılan güllədən həlak olub.


Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, azərbaycanlı kişi 36 yaşlı eks-sevgilisinin və onun 52 yaşlı hazırkı sevgilisinin yaşadığı evə qonaq gedib. Onlar birlikdə masa arxasına oturublar.


Yeyib-içmək əsnasında kişi sevdiyi qadını əvvəlki sevgilisinə, yəni azərbaycanlıya qısqanıb və silaha əl atıb. Mübahisə nəticəsində qətl törədilib.


Cinayət işi başlanıb. Adı açıqlanmayan 52 yaşlı sevgili qətl və qanunsuz silah gəzdirmədə ittiham edilir.


BAKU.WS