SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanda axtarışda olan şəxs Belarusiyada saxlanılıb.


Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verib.


Bildirilib ki, əməliyyat Cəlilabad rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilib.


Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Firuz Quliyev Belarusiya Respublikasının ərazisində saxlanılıb.


F.Quliyev Azərbaycana ekstradisiya edilib.


Ziya SƏCCAD
BAKU.WS