VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda cinayət törədən şəxsin məhkəməsi başlayıb.

BAKU.WS
AZƏRTAC-a istinadən bildirir ki, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Abudov Xanlar Maşallah oğlunun məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edəcək.

Bu ilin mart ayında Yasamal rayonu, İzmir küçəsində yerləşən "Solfeggio Lounge & Club"da əlbəyaxa dava zamanı bir nəfər xəsarət alıb.

Belə ki, gecə saatlarında 1991-ci il təvəllüdlü Rəhimov Tərlan Aydın oğlu naməlum şəxslərlə əlbəyaxa dava edib. Naməlum şəxslərdən biri ona bir neçə bıçaq zərbəsi endirib. Yaralı təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, T. Rəhimovu Xanlar Abudov adlı şəxs bıçaqlayıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, onlar arasında çoxdan şəxsi ədavət olub. Ancaq uzun müddət bir-birini görməyən gənclər təsadüfən gecə klubunda rastlaşıblar. Aralarındakı ədavəti çözə bilməyən gənclərin əlbəyaxa davası qanla nəticələnib.

BAKU.WS