SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində internet klubdan oğurluq olub.

BAKU.WS
xəbər verir ki, sosial şəbəkələrdə oğurluğu əks etdirən video yayılıb. Videodan da göründüyü kimi gənc oğlan məkana daxil olur və bir müddət gəzişir.

Həmin şəxs diqqəti cəlb etməmək üçün telefonla danışır və gizlicə kassaya yaxınlaşır. O, pulları götürərək qaçır.

Bununla bağlı polisə müraciət edilib. Hazırda həmin şəxsin axtarışları davam edir.

BAKU.WS