VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Koner Ergünün öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

BAKU.WS
report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun əməkdaşları K.Ergünün ölkəsinə ekstadisiya edilməsni istəyib.

K.Ergün də öz ölkəsinə ekstradisiya olunmasını tələb edib.

Məhkəmə Türkiyə vətəndaşının ölkəsinə verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, K.Ergün hədə-qorxu ilə tələb etmə ittihamı ilə ölkəsində axtarışda olub. Daha sonra o, Azərbaycanda həbs edilib.

BAKU.WS