VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan çempionunu bıçaqlayan şəxsin məhkəməsi başlayır.

BAKU.WS
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən Orduxanlı Novruz Qədir oğlunun məhkəmə prosesinə hakim Mayıl Bayramov sədrlik edəcək.

İttiham aktına görə, hadisə bu il mart ayının 21-də gecə Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü S.İsmayılov "Mehdiabad dairəsi" kimi tanınan ərazidə Novruz Orduxanlı ilə mübahisə edib. Şəxsi münasibətlər zəminində başlayan mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Bu zaman Novruz S.İsmayılova bir neçə bıçaq zərbəsi vurub. Yaralının vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qeyd edək ki, S.İsmayılov "Fateh" klubunun üzvüdür. O, Taekvondo üzrə XXlll Respublika çempionatında 63 kiloqram çəki dərəcəsində birinci yeri tutub.

BAKU.WS