SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu olmuş Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
“oxu.az”a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.İsmayılov barəsində 1 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Məhkəmə onun zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb.

Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, 30 manat pulu soyğunçuluq yolu ələ keçirdiyi üçün ittiham verilib.

Xatırladaq ki, A. İsmayılov 2003-cü ildə yeniyetmələr arasında sərbəst güləş üzrə Makedoniyanın paytaxtı Skopye şəhərində keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb.

BAKU.WS