VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Tünzalə Vəliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

BAKU.WS
virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Ənvər Seyidov sədrlik edib.

Hazırlıq iclasında təqsirləndirilən T.Vəliyeva ittiham aktını almadığını bildirib. Həmçinin, vəkil Afət Qazıyeva işlə tanış olmadığı üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 17-nə kimi təxirə salınıb.

Cinayət hadisəsi bu il noyabrın 7-də Bakının Sabunçu rayonunda baş verib. Tünzalə Vəliyeva həyat yoldaşı, 29 yaşlı Nazim Vəliyevi öldürüb. İlkin məlumatda onun hadisəni özünü müdafiə edərkən törətdiyi deyilir.

İlkin açıqlamasında iki azyaşlı övladı olduğunu deyən Tünzalə Vəliyeva hər gün əri tərəfindən döyüldüyünü bildirib. Ərinin mütəmadi olaraq evə içkili gəlməsindən bezsə də, heç vaxt onu öldürməyi əvvəlcədən planlaşdırmayıb: “Hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, meyvə qabı ilə başından vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".

T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir neçə gün əvvəl bir qolu sınıb, gipsdədir. Qadının baş nahiyəsində, çənəsində əzik xəsarətləri olub.

BAKU.WS