SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Kazan şəhərində 21 yaşlı azərbaycanlı Elnarə Qaraxanova qətlə yetirilib.

BAKU.WS
Rusiya KİV-ə istinadən xəbər verir ki, cəsəd 1 sentyabrda gecə saat 2.45-də hündürmərtəbəli binanın həyətində tapılıb.

İlkin ehtimala görə, Elnarəni yuxarı mərtəbələrin birindən atıblar.

Şübhəli qismində həmin binanın 6-cı mərtəbəsində ev kirayələyən 28 yaşlı OMON əməkdaşı Marat S. saxlanılıb. O, saxlanılarkən sərxoş olub. Mənzilindən boş araq şüşələri və Elnarənin çantası tapılıb.

Marat qısqanclıq zəminində qızı döydüyünü etiraf edib. Onun sözlərinə görə, Elnarəni döyən zaman özünü pəncərədən aşağı atıb.

Polis əməkdaşlarının və ekspertizanın gəldiyi ilkin rəy isə belədir; Marat spirtli içkinin təsiri altında Elnarəni huşu itirənədək döyüb. Daha sonra isə izi itirmək üçün sürüyərək balkona gətirib və 6-cı mərtəbədən aşağı atıb. 

Aldığı zərbələrdən cəsəd tanınmaz hala düşdüyündən, morq əməkdaşları Kooperativ institunun 4-cü kurs tələbəsini qapalı tabutda dəfn etməyi məsləhət görüblər.

Mərhumun valideynləri qısqanclıq məsələsilə razı olmadıqlarını bildiriblər. Ananın sözlərinə görə, Elnarənin üzərində yeni mənzilinə almaq üçün nəzərdə tutduqları mebelin pulu - 45 min rubl olub. Ana gənc və gözəl qızının məhz pula görə öldürüldüyünü düşünür.

Elnarə orta məktəbi yüksək qiymətlərlə oxuyub və məktəbi bitirdikdən sonra instituta qəbul olub. Gözəl və qədd-qamətli olduğundan onu sevənlər çox idi. Azərbaycanlı qızın dəfninə yüzlərlə insan gəlib. Bu illər ərzində heç kim onun barəsində mənfi rəy söyləməyib.

Ana qızının qatilinin haqlı cəzasını alacağına ümid edir.

Cinayət işi başlanılıb. İstintaq davam edir. Saxlanılan OMON əməkdaşı Marat C-nın sistemdən qovulacağı gözlənilir.

Zülfiyyə Qurbanova
BAKU.WS


                       Elnarə Qaraxanovanı öldürməkdə şübhəli bilinən Marat