SİZİN REKLAM BURADA!
055 213 76 73



Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

BAKU.WS
"report"a istinadən xəbər verir ki, rayonun Qarazəncir kənd sakinləri - 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı, 1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini, 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS