SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Ağır Cinayətlər Məhkəməsində 66 yaşlı nənəsini öldürən yeniyetmənin məhkəməsi başlayıb.

BAKU.WS
“ölkə.az”a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 120.1-ci maddəsiylə təqsirləndirilən Muradov Nihad Nicat oğlunun məhkəmə prosesinə hakim Əhməd Quliyev sədrlik edir.

Belə ki, bu ilin yanvar ayında Abşeron rayonunda 1951-ci il təvəllüdlü Seyidəliyeva Xaccabəyim Məhəmməd qızı naməlum şəxs tərəfindən yaşadığı evdə bədən nahiyələrinə çoxsayılı bıçaq zərbələri vurularaq qətlə yetirilib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları gəlib və ilkin araşdırmalar zamanı məlum olub ki, X.Seyidəliyevanı 17 yaşlı nəvəsi, Muradov Nihad Nicat oğlu öldürüb.

İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində N.Muradov saxlanılıb. İlkin dindirmələr zamanı nəvə nənəsini öldürməyini etiraf edib. Belə ki, o, nənəsinə məxsus qızılları sataraq özünə telefon almaq istəyib ancaq X.Seyidəliyeva buna mane olub. Bu zaman 11-ci sinif şagirdi olan Nihad çoxsaylı bıçaq zərbələri ilə nənəsini qətlə yetirib. Sonra isə qızılları götürərək Bakıya gəlib və onları sataraq özünə telefon alıb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və 17 yaşlı yeniyetmə şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, 17 yaşlı Muradov Nihad Nicat oğlu qətlə yetirilənin qız nəvəsidir.

BAKU.WS