SİZİN REKLAM BURADA!
055 213 76 73



Gədəbəy rayonunda 17 yaşlı qardaşını bıçaqlayaraq qətlə yetirən 20 yaşlı qız saxlanılıb.

BAKU.WS 
"Report"a istinadən xəbər verir ki, rayonun Slavyanka kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Sübhan qızı Alıyeva qardaşı 2001-ci il təvəllüdlü Samir Sübhan oğlu Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinərək Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, S.Alıyevanın valideynləri hadisənin ehtiyyatsızlıqdan baş verdiyini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS