VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda ittiham olunan dəstə üzvləri - Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

BAKU.WS
“virtualaz.org”a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Zərərçəkmiş Aydın Sultanov məhkəmədə mülki iddia qaldırıb və dəymiş zərərdən ödənilməyən 50 min manatı tələb edib.

Məhkəmə iddia ərizəsini icraata götürüb.

Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib.

Qeyd edək ki, oğurluq hadisəsi bu il martın 21-də Novruz bayramı günü Qaradağ rayonu ərazisində baş verib. Təqsirləndirilən şəxslər rayon ərazisindəki daş karxanasında sahibkar olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl –zinət əşyaları oğurlayıblar.

Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev saxlanılıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham olunurlar.

BAKU.WS