SİZİN REKLAM BURADA!
055 213 76 73



2018-ci il iyulun 3-də, saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

BAKU.WS
xəbər verir ki, icra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Onun foto görüntüsü sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Gəncə şəhər icra başçısına sui-qəsdlə bağlı birgə məlumatda Elmar Vəliyevin və Qasım Aşbazovun səhhətinin qənaətbəxş olduğunu bildirib.

İcra başçısına sui qəsd cəhdi edən şəxsin fotosunu sizə təqdim edirik:

BAKU.WS