VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda avtomobildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, Yasamal rayonu A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

Oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edilib və saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, S.Bağırov İTV-nin tanınmış aparıcısıdır.

Ziya SƏCCAD
BAKU.WS