VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Xətai Məmmədovun (1983-cü il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS
"oxu.az"a istinadən xəbər verir ki, ötən il Nərimanov rayonunda aralarında yaranmış mübahisə zamanı Xətai Məmmədov qonşusu Niyaməddin Rüstəmova bıçaqla xəsarətlər yetirib.

Zərərçəkən Kliniki Tibbi Mərkəzə çatdırılıb və üzərində cərrahi əməliyyat aparılmaqla, həyatı xilas olunub.

X.Məmmədov Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, cinayət hadisəsinə avtomobilin parklanması üstündə yaranmış mübahisə səbəb olub.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs 1999-cu ildə cüdo üzrə Polşada keçirilən Avropa çempionatının qalibi olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BAKU.WS