VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tövlənin arxasın sökərək içəridəki xırdabuynuzlu heyvanları oğurlamağa çalışdırlar.

BAKU.WS
xəbər verir ki, maraqlı hadisə Cəlilabad rayon Uzuntəpə kəndində baş verib. Bir neçə gün öncə Vüqar Həsənova məxsus tövlənin arxasını dəmir alətlərələ dağıdan naməlum şəxslər orada olan 9 baş qoyunu oğurlamağa çalışıblar. Lakin təsərrüfat sahibinin itin hürdüyünü eşidib bayıra çıxması ilə oğrular hadisə oradan uzaqlaşa biliblər.

Vüqar Həsənovun sözlərinə görə dünən axşam da analoji hadisə təkrarlanıb. Ev sahibi və qonşuların gəldiyini görən naməlum şəxslər yenə də uzaqlaşaraq yaxınlıqdakı ağaclıq ərazi ilə qaçıb aradın çıxıblar. Artıq hadisə ilə bağlı polisə məlumat verilib.

Hadisənin törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Ziya SƏCCAD
BAKU.WS