VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın Ximki şəhərində Omar Bekaev adlı kriminal avtoritet saxlanılıb.

BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, kriminal aləmdə “Omar Ufimski” kimi məşhur olan “qanuni oğru”nun üzərində 4.76 qram heroin olub.

Məlumat üçün bildirək ki, “Omar Ufimski” kriminal dünyada köhnə “oğru” ənənələrinin daşıyıcısı kimi tanınır.

“Praym-Kraym” portalının baş redaktoru Viktoriya Qefterin versiyasına görə, “Omar Ufimski” Rusiya mafiyasının kralı “Ded Xasan” ləqəbli kriminal avtoritet Aslan Usoyan öldürüləndən sonra onun yerinə gətirilə biləcək 3 əsas namizəddən biri idi.

“Omar Ufimski” Ukraynanın Odessa vilayətinə nəzarət uğrunda nüfuzlu kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifova rəqib sayılır.

BAKU.WS