VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Facebook-un canlı yayımı zamanı qətl hadisəsi törədilib.

BAKU.WS Milli.Az-a istinadla xəbər verir ki, Rannita Williams adlı 27 yaşlı qadın canlı yayım edib, valideynləri ilə danışarkən Conatan Robinson tərəfindən güllələnib.

Conatan Rannitanı öldürərkən "Məşhur olmaq istəyirsən? Mən səni məşhur edəcəm", - sözlərini söyləyib.

3 uşaq anası olan Rannita ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Luiziana ştatında baş verib. Conatan onun evinə yaxınlaşan polisi də güllələyib.

O, sevgilisini öldürdükdən sonra "oyun bitdi, əxlaqsız", - söyləyib.