VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aprelin 5-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Həsənov axşam saatlarında S.S.Axundov küçəsində  tanımadığı 3 nəfərin bıçaq və elektroşokla ona hədə-qorxu gələrək mobil telefonunu aldıqlarını, geri qaytarılması müqabilində 100 manat pul tələb etdiklərini, pulu verə bilmədiyindən isə telefonu götürərək aradan çıxdıqlarını bildirib.

DİN-dən BAKU.WS-ə bildirilib ki, polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən şəxslər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Lənkaran şəhər sakini Layiq Fərəcli, Şirvan şəhər sakinləri Oqtay Mursalıyev və əvvəllər məhkum olunmuş Şəhriyar Nərimanov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Nihat HÜSEYNZADƏ
BAKU.WS