VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yevlax rayonunun Xaldan kəndində qətl hadisəsi baş verib.

BAKU.WS report.az-a istinadən bildirir ki, tanışlar arasında bayram qonaqlığından sonra mübahisə düşüb.

Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış, 1958-ci il təvəllüdlü Xaldan kənd sakini Rzayev Mahir Tahir oğlu sərxoş vəziyyətdə öz tanışı, 1973-cü il təvəllüdlü Birinci Salamabad kənd sakini Yusifov Xəyal Neman oğlunu bıçaqlayıb. Yaralı kəskin qanitirmədən keçinib.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.

Nihat HÜSEYNZADƏ
BAKU.WS