VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı "qanuni oğru"lar arasında bir neçə məşhur sima müxtəlif sui-qəsdlər zamanı həyatını itirib.

BAKU.WS xəbər verir ki, həyatını itirən "qanuni oğru"lar müxtəlif ölkələrdə silahlı hücuma məruz qalıblar.

Ayrı-ayrı illərdə KİV-lərin əsas xəbərinə çevrilən və ölümləri ilə səs salan "qanuni oğru"lardan bəzisinin adlarını təqdim edirik:

"Albert Rıjiy" və "Albert Gəncəli" kimi tanınan Əli Heydərov 2021-ci ilin aprelində Moskvada yaşadığı binanın idman zalında güllələnərək öldürülüb.

"Lotu Quli" kimi tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə gecə saatlarında Türkiyənin Antalya şəhərində güllələnərək qətlə yetirilib.

"Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyev isə 8 avqust 2016-cı ildə İstanbulda baş tutan növbəti sui-qəsd nəticəsində öldürülüb.

“Mirseymur Nardaranski” kimi tanınan Mirseymur Abdullayev 2013-cü il may ayın 4-də Moskvadakı “Peşera” gecə klubunda güllələnərək öldürülüb.

"Qoca Yasamalski" ləqəbi ilə tanınan Əlibala Həmidov 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib.

"Lotu Hikmət" kimi tanınan Hikmət Muxtarov 2006-cı il aprel ayının 7-də Moskvada Leninqrad prospektində qətlə yetirilib.

BAKU.WS