VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilinən rayon sakinləri Mirzəli Paşayev, Elşad İlyaszadə və Tərlan Məmmədov saxlanılıblar.

Həmin şəxslərin üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin, “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və psixotrop maddə olan metadon aşkar edilərək götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

 

 

BAKU.WS