SİZİN REKLAM BURADA!
055 213 76 73


Masallıda qardaşını öldürməkdə təqsirləndirilən Musayev Rauf Feyzi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS “report”a istinadən xəbər verir ki, iş baxılması üçü Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

Qeyd edək ki, fevralın 5-də Masallı rayonu, Viləş kənd sakini Musayev Zeydulla Feyzi oğlunun öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı R.Musayevin aralarında yaranmış mübahisə zamanı balta ilə Z.Musayevin baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

R.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

BAKU.WS