SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı “Laşa Svan” ləqəbi ilə tanınan “qanuni oğru” Laşa Caçvliani saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyat zamanı “Laşa Svan”dan başqa “Umka” ləqəbli kriminal avtoritet Sergey Oleynik də ələ keçib.

“Laşa Svan” və “Umka” Ukraynanın bir neçə əyalətində cinayətkar qruplaşmalar yaratmaqda ittiham olunurlar.

Qeyd edək ki, 1995-ci ildən “qanuni oğru” adını almış L.Caçvlianinin kriminal aləmdə geniş təsir imkanları var.

BAKU.WS
VİDEO

QALEREYA