VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyanda əvvəllər məhkum olunmuş şəxs şantaja görə saxlanılıb. 

BAKU.WS xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən vətəndaş fevralın 19-da bir nəfərin barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu alması barədə məlumat verib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKU.WS