SİZİN REKLAM BURADA!
055 213 76 73


2020-ci il yanvarın 20-də Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında Kəlbəcər rayon sakini, dəfələrlə məhkum olunan Nahid Bayramov polis sahə məntəqəsindən qayıdan keçmiş arvadı Gülgəz Əliyevanın boğaz nahiyəsinə bıçaqla zərbə vuraraq onu ağır yaralayıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, zərərçəkmiş Təcili Tibbi Yardım Stansiyasına, oradan isə Kliniki Tibbi Mərkəzə çatdırılıb, cinayəti törədən şəxs isə Abşeron RPİ-yə gələrək təslim olub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda CM-in 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilmiş Nahid Bayramov bildirib ki, Gülgəz Əliyeva onun keçmiş həyat yoldaşıdır. 2017-ci ildə onların rəsmi nikahına xitam verilsə də, münasibətlərini ər-arvad kimi davam etdiriblər.

Bayramov yanvarın 19-da keçmiş həyat yoldaşının evinə gələrkən Gülgəz ona yeddi aydır Emin adlı şəxslə birlikdə yaşadığını deyib və qapını açmayıb.

Bu zaman DİN-in 102 zəng mərkəzinə müraciət edib. DİN əməkdaşları həmin ünvana gələrək Nahidi Abşeron rayon polis idarəsinə aparıblar. Ayın 20-si saat 16:00 radələrində sahə rəisinin yanında olub. Məntəqədən çıxıb, Xırdalan dairəsinə yaxınlaşanda Gülgəz zəng edib, Zaurun yanına getməyə hazırlaşdığını və orada söhbət edə biləcəklərini söyləyib.

Saat 18:00 radələrində keçmiş arvadının bacısı ilə sahə rəisinin yanından gəldiklərini görüb, arxalarınca gedib, Gülgəzi səsləyib. Bacısı söhbət etmələri üçün onlardan 1-2 metr kənara çəkilib. Bu zaman tərəflər arasında mübahisə yaranıb.

Nahid Bayramov həmin vaxt şalvarının belində saxladığı bıçaqla Gülgəzin boyun nahiyəsinə zərbə endirib. İş üzrə dindirilmiş Nahid Bayramov həmin an keçmiş həyat yoldaşını öldürmək niyətində olmadığını, onu qorxutmaq məqsədi ilə bunu etdiyini deyib.

Zərərçəkmiş Gülgəz Əliyeva ifadəsində göstərib ki, Nahid Bayramovla 2008-ci ildə tanış olub, 2013-cü ildə həbs olunduqdan 5-6 ay sonra onunla rəsmi nikaha daxil olub.

Cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt yanına tez-tez gedib-gəlib, lakin sonradan onunla telefonla əlaqə saxlayan müxtəlif şəxslər əri ilə bir yerdə cəza çəkdiklərini və nömrəni Nahidin verdiyini deyiblər. Həmin şəxslər əvvəl yaxşılıq etmələri üçün zəng etdiklərini bildiriblər, amma sonra ona əxlaqsız təkliflər ediblər.

Bunlardan bezib Nahidə nömrəni heç kimə verməməsini deyib, münasibətləri soyuduğu üçün ondan ayrılmaq qərarına gəlib. 2017-ci ildə ev almaq üçün Nahiddən rəsmi ayrılıb və hazırda yaşadığı ünvana köçüb.
2018-ci ildə Novruz bayramı ərəfəsində Nahid həbsxanadan çıxıb, onunla yenidən münasibətləri bərpa etməyə çalışıb.

Boşandıqdan sonra Emin (l) adlı şəxslə tanış olub. 2019-cu ildə Nahid yenə evinə gələndə onunla yaşamaq istəmədiyini bildirib. Ondan ayrıldığına görə keçmiş yoldaşı onun və uşaqlarının mobil telefonuna hədələyici mesajlar yazıb.

2020-ci il yanvarın 19-da Nahid qapını döyərək onu nalayiq ifadələrlə təhqir edərək çölə çıxmasını tələb edib. Qorxduğu üçün qapını açmayıb, həm kompleksin mühafizəsinə, həm də DİN-in 102 zəng xidmətinə zəng edib. Səhəri gün saat 17 radələrində bacısı Elnurə ilə birlikdə sahə məntəqəsinə gedib.

Ərizə yazdıqdan sonra polisdən çıxıb, bazar istiqamətində hərəkət ediblər. Bazara çatanda Nahid yaxınlaşaraq niyə belə etdiyini soruşub.

Ona birlikdə yaşa bilməyəcəklərini və əşyalarını mühafizəçinin yanına qoyacağını söyləyib. Həmin vaxt Bayramov gödəkçəsinin sağ qolunu barmaqlarına kimi dartmaqla sanki əlində nəsə gizlədib. Bacısı 2-3 metr aralıda dayanaraq onlara baxıb.

Bu vaxt boğazına iti alətin dəydiyini hiss edib, boğazından qan açılıb. Nahid onu vurandan sonra o, yaşadığı «Kristal-Abşeron» kompleksinə tərəf qaçıb.

Yolda 2 nəfər polis əməkdaşını görüb, səsi çıxmadığı üçün onları əl işarəsi ilə yanına çağırıb.

Məhkəmə iclasında Nahid Bayramov ittiham üzrə özünü təqsirli bilməyib.

Zərərçəkmiş şəxsin ərizəsindən görünüb ki, o, təqsirləndirilən şəxslə barışıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli CÇM-də çəkməklə Nahid Bayramov (1980-ci il təv.) 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum olunub.

BAKU.WS
VİDEO

QALEREYA