VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda şirkət üçün bank hesabı açmaq, kimi əzab verən 2-ci iş yoxdur. 

İlk baxışdan fikirləşdikdə deyirik ki, 2 dəqiqəlik işdir, amma əslində necədir bunu xırdalamaq istəyirəm. 

Öncə 3 saat vaxtımı itirərək Asan xidmətdə yeni şirkətimi qeydiyyatdan keçirtdim və mənə 5 gün sonra sənədlərin dalıncan gəlməyimi dedilər.  

5 gün sonra yaxınlaşdım və mənə 1 sənəd verdilər və bütün qalan sənədlərin hamısının elektron kabinetdə olduğunu dedilər. 

Və hər şey bundan sonra başladı...

Banka hesab açmaq üçün elektron sorğu göndərdim. Banka gəldim və mənə bildirdilər ki, sistemdə 3 sənəddən biri yoxdur. 

Zəng etdim 195 çağrı mərkəzinə, 10 dəqiqə musiqiyə qulaq asdıqdan sonra operator cavab verir:

Siz şirkəti Asan xidmətdə qeydiyyatdan keçirdiyiniz üçün sizin bütün sənədlər elektron deyil. 3 cü ( nizamnaməni) əldə etmək üçün Şəfa stadionu ilə üzbəüz olan Vergilər nazirliyinin, bir pəncərə idarəsinə yaxınlaşmalıyam. 

Əlavə olaraq bankdan çıxanda mənə imzamı təsdiqləmək üçün blank verdilər və həmin blankı notarial təsdiqlətməmi istədilər. 

Üz tutdum Bir Pəncərəyə...

Növbə tutub, yaxınlaşdım bir xanıma. Dərdimi dedim və çox unikal cavab aldım. 

Siz bura niyə gəlmisiniz ? Artıq bütün sənədlər elektrondu. 

Mən: Xanım mənə belə dedilər axı... 
Xanım: gözləyin yoxlayım sizin sənədlərinizi kim işləyib. Və kiməsə zəng edib deyir: Toma nizamnaməni yükləməyi unudub, yükləyin.
Və mənə nahara qədər sistemdə olacağını deyir. Təşəkkür edib oradan ayrılıram. 

Banka zəng...
Sənədlər Sistemdədi, artıq yükləyə bilərsiniz. 

Bank: Sənəd yoxdur. 
Mən: mən axı şəxsi kabinetimdə sənədləri görürəm. 
Bank: Onda siz bizə göndərin.

Zülm çəksək də, Göndərdim, sənəd çatdı. 

Qaldı bankın (15 il müştərisi olduğum, 5 ə yaxın şirkət hesabı açdığım) imza blankında imzamı təsdiqlətdirmək üçün Notarial kantora getmək.  

Zülmün 2 ci hissəsi...

Mən: xanım imzamı təsdiqlətdirmək istəyirəm 
Xanım: elektron kabinetdən sənədləri götürək, yaxınlaşın arxadakı xanıma. 
Arxadakı, xanım yaxınlaşın 1 ci pəncərəyə. 

1 ci pəncərə: 3 sənəddən, sonuncu Tomanın unutduğu var, amma digər 2 sənəd yoxdur. 

15 dəqiqə axtardı tapmadı. Çağırdı digər xanımı, o da tapmadı.
Sonra o arxadakı xanım var idi, o gəldi yenə tapılmadı. 
Dedilər yəqin siliblər.... (Toma)

Zəng elədim Banka, sağ olsunlar sənədləri göndərdilər. Mən də göndərdim qızlara çap etsinlər. 

Yaxınlaşın 4 cü pəncərəyə, yaxınlaşın xəziniyə 15 və 5 azn ödəyin. 

Xəzinədə, köhnə 5 manatlıq çeki mənə vermək istəyən qıza, belə etmək olmazı başa saldım. 

Təzə çekləri götürüb yaxınlaşdım 4 cü pəncərəyə...

Sənədləri yazdılar, təsdiqlədim.

Yaxınlaşın 5 ci pəncərəyə. Onlar da nəsə yazdılar, təsdiqlədim.

Yaxınlaşın 4 cü pəncərəyə, yaxınlaşdım.

Buyurun sənədləri götürün yaxınlaşın Notariusun otağına o da təsdiqləsin.

Şükür o da təsdiqlədi. Və təkcə imzamın təsdiqlənməsinə 1 saat vaxt itirdim. 

İndi də oturmuşam bankda növbə gözləyirəm...

Ps: İn şaa ALLAH zaman gələcək, biz də 15 dəqiqəyə şirkət və hesab açacağıq.

Orkhan Mammadov

BAKU.WS