VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Məlahət Abbasova Türkiyədə "Yemin" serialında rol alan aktrisa Yağmur Şahbazovaya dəstək olub.

BAKU.WS
xəbər verir ki, aktrisa aparıcı Elgiz Əkbərin Yağmurun ünvanına yazdığı "Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlıyan və vətəninə getmək istəməyən qızcığac rolunda çəkir" sözlərini tənqid edib:

"İlk başda "Kanal 7"də yayımlanan "Yemin" serialının baş rollardan biri olan azərbaycanlı qız Narin rolunu oynayan istedadlı aktrisa Yağmur Şahbazovanı təbrik edirəm. Kanalın yüzlərlə qızın içindən seçdiyi Yağmurun İstanbula gəldiyi gündəndən yanında oldum. Onun istedadı, məsumiyyəti, özünü layiqli aparması "Kanal 7" rəhbərliyi başda olmaqla, bütün çəkiliş qrupu və aktyorlar tərəfindən sevilməsi, məni qürurlandırır. Oynadığı Narin rolu hamı tərəfindən sevildi. Amma heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, "ağzı var" deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahilcə rəy bildirməmələrini tövsiyə edirəm.

Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Bu gün Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, bazarkom və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, "niyə belə rollar oynayırsız" deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar".

Qeyd edək ki, Elgiz Türkiyədə aktyorlarımıza dəyər verilmədiyini, onların aşağı səviyyəli obrazlara çəkildiklərini tənqid edib.

Aysel
BAKU.WS