SİZİN REKLAM BURADA!
055 213 76 73


“Sonuncu Pərdə” filmi. Bu film “Pərdə” filmlər silsiləsinin sonuncu filmidir. 

Bundan öncə yayımlanan “Pərdə” və “İkinci Pərdə” filmləri tamaşaçılar tərəfində böyük marağa səbəb olub. “İkinci Pərdə” filmi izləmə sayına görə milyonu keçən azərbaycanda ilk dram filmidir. 

Hər iki film sosial şəbəkələrdə çoxlu müzakirələrə səbəb olub. “Sonuncu Pərdə” filminin də tamaşaçılar tərəfindən bəyəniləcəyinə çox böyük ümidimiz var. 

Bu filmin ərsəyə gəlməsində “Renessans Palace” və “Haval Azərbaycan” şirkətlərinə dərin təşəkkürlərimizi bildiririk. Hər iki şirkət bir zaman maddi çətinliklərdən çəkilişləri dayanmış bu filmə öz kömək əllərini uzadaraq onu yenidən dirçəltmişlər.

Sinopsis: Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta “yüz ilin” dostları belə bir anın içində hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib? 

Filmə istehsalında “İctimai TV” və “Cinex” şirkətləri texniki dəstək göstərmişlər.

Filmin rejissoru və Prodüseri: Emil Quliyev. 
Senari müəllifləri: Emil Quliyev və Qorqud Cəfər.
Co-Prodüserlər: Emin İbrahimov və Taleh Yüzbəyov. 
Quruluşçu Operator: Orxan Abbasov
Bəstəkar: Asif İsgəndərli.


Film “ArtFilmBaku” tərəfindən istehsal olunmuşdur.  

Filmin kinoteatrlarda nümayişi 18 oktyabr tarixində nəzərdə tutulmuşdur.
BAKU.WS
VİDEO