SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Gülzar Qurbanova heç bir plastik və kosmetik müdaxilə olmadan 25 yaşlı qızı canlandırıb.

BAKU.WS
xəbər verir ki, film "Nazik mətləb" adlanır. Film aktrisanın yaratdığı obrazın 25-50 yaş arası həyatında cərəyan edən hadisələrdən bəhs edir.   

Filmin prodüsseri Hüseyn Cavadzadə G.Qurbanaovanın rolun öhdəsindən böyük peşəkarlıqla gəldiyini deyir:

"Ötən il bu vaxtlarda növbəti film layihəmizə baş rola aktrisa axtarmaqdaydıq. Tələblər yüksək idi; istedad, peşəkarlıq, gözəllik və qəhrəmanı 25-50 yaş arası dövrlərdə canlandırmaq qabiliyyəti. Heç bir şübhə etmədən bu missiya Gülzar xanıma etibar olundu.

Məsuliyyət bir az da artdı, tərəf müqabili ölkənin ən yaraşıqlı modeli Rüstəm Cəbrayılov idi. Gülzar xanım heç bir plastik, kosmetik müdaxilə olmadan bu işin öhdəsindən gəldi. O, öz dünyasının gözəlliyini filmimizə daşıdı".

Xatırladaq ki, Gülzar Qurbanova 30 il bundan öncə Rasim Ocaqovun "Ölsəm, bağışla" filmində xalq artisti Fəxrəddin Manafovla tərəf müqabili olaraq baş rolu canlandırıb.

"Nazik mətləb" filmi sentyabr ayında kinoteatrlarda nümayiş ediləcək.

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA