SİZİN REKLAM BURADA!
055 213 76 73



İTV-də yayımlanan “Dağıntılar altında” serialında maaş qalmaqalı yaşanıb. 

BAKU.WS xəbər verir ki, bu barədə “Şahmar” obrazını canlandıran aktyor Fərhad Səmimi sosial şəbəkədə məlumat verib:

"Əziz dostlar, həmkarlar yazıb, zəng edib, serialdan çıxmağımın səbəbini soruşanlar. Sizcə, bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı seriyaldan niyə çıxsın ki? Deyim, siz də bilin. Səbəb yalnız və yalnız həmişə olduğu kimi maaşların vaxtlı vaxtında verilməməsidir. Bu hal mütəmadi şəkildə təkrarlandıqca mən də hər dəfə belə gedərsə çıxacağımı açıq və net şəkildə bildirmişdim".

Aktyor deyir ki, maaşların gecikmə səbəbini izah edərkən vəsaitin dövlət tərəfindən gecikdirildiyi bildirilir:

"Bəs Prezidentin sərəncamı? Bəs filmlərə ayrılan pullar? İndi mən çıxdım, mənim yerimə gələn hər hansı bir həmkarım və digərləri vaxtında maaşların alacaqlar. Bu və buna bənzər hallar əvvəllər də baş vermişdir. Mən inqilabçı deyiləm, nə də aktyorların hüquqlarının müdafiəçisi deyiləm. Atalar deyib, el üçün ağlayan kor qalar.

1000 doğrum qalır, bir yalnışım danışılır. Sən demə, yanlışım da maaşımı vaxtında istəməyimdir. Özünüzə yaxşı baxmasanız da, özünüzə və sənətinizə dəyər verin!

Mən monopoliyanın təkcə ticarətdə olduğunu bilirdim, yaradıcılıqda yox... Kanallara serial satan cəmi iki-üç prodakşn, bir neçə rejissor var və onlar da bəlli aktyorlarla çalışır. Pulunu vaxtında istəyən aktyora heç bir əziyyətinə, məsuliyyətinə baxmadan problemli aktyor deyirlər".

Zülfiyyə Qurbanova
BAKU.WS