VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış rejissor və ssenari müəllifi İlham Qasımov növbəti filmini tamaşaçılara təqdim etməyə hazırlaşır.

Məşhur “Qız qalası” əfsanəsinin motivlərini xatırladan eyniadlı film iki gəncin qəribə və macəradolu bir məhəbbət əfsanəsindən bəhs edir. Baş rollarını Kəmalə Piriyeva və Elməddin Cəfərovun paylaşdığı filmdə Tural Əzizov, Çinarə Məlikzadə, Ziya Ağa, Reza Naji və başqaları da rol alıb. Filmin ssenari müəllifləri Tural Sevdimalı və İlham Qasımoğludur.

Tamaşaçılar bu yepyeni filmi 7 martdan etibarən kinoteatrlarda izləyə biləcək.

Xatırladaq ki, daha əvvəl bu yaradıcı heyət “Oğlan evi” filmini ərsəyə gətirərək, yerli kino bazarında səs-küyə səbəb olmuşdu.