SİZİN REKLAM BURADA!
055 213 76 73



Milyonların sevimlisi “Fəlakət”in tammetrajlı bədii filminin rəsmi treyleri yayımlanıb.

BAKU.WS xəbər verir ki, noyabr ayının 22-də kinoteatrlarda nümayişi planlaşdırılan “Fəlakət” filmində Fəlakət obrazını canlandıran sevimli aktyor Elşən Orucovla bərabər, aktyorlar Nofəl Şahlaroğlu, Azər Aydəmir, Ləman Mərrih, Nəsibə Eldarova, Ülvi Həsənli, Orxan Ata, Solmaz Süleymanlı, Taleh Yüzbəyov və başqaları çəkilib.

"ART FİLM BAKU" tərəfindən ərsəyə gələn bu film “Fəlakət”in çəkildiyi filmlərə bir prikvel olacaq (prikvel hadisələrin kökü deməkdir).

Filmdə onun necə dünyaya gəlməsi, hansı şəraitdə böyüməsi və əsas süjet xətti olaraq onun köhnə məhəlləsi barədə gülməli-məzəli bir hekayəni əks etdirəcək. Fəlakətsevərlər 70-80 dəqiqə civarında sevimli qəhrəmanlarının həyat hekayəsinin şahidi olacaqlar və ürək dolusu güləcəklər.

Filmin quruluşçu rejissoru Emil Quliyev, quruluşçu rəssamı Arif Niftiyev, quruluşçu operatoru isə Orxan Abbasovdur. Onu da bildirək ki, tam olaraq “ARTFİLMBAKU” şirkətinin məhsulu olan “Fəlakət” kinokomediyasının ikinci rejissoru Çingiz Həsənov, icraçı və kreativ prodüseri Azər Aydəmir, baş prodüseri isə Məmməd Məmmədovdur.

BAKU.WS